AZƏRBAYCAN
PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ SİLAHLI
QÜVVƏLƏRİNİN NƏQLİYYAT KOMANDANININ
BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ
HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17- də
ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanı
general Dunkan Maknabın başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
General
Dunkan Maknab ölkəmizə ikinci dəfə səfər
etdiyini, ötən müddət ərzində Bakıda
çox böyük inkişafın şahidi olduğunu dedi.
Görüşdə
ölkələrimiz arasında əlaqələrin
bütün sahələrdə uğurla inkişaf etdiyi
vurğulandı, ikitərəfli münasibətlərimizin
müvafiq sahələrində əməkdaşlığın
perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2008.- 18 noyabr.- S. 1.