Türkdilli ölkələrin milli kitabxana direktorlarının konfransı "Avrasiya Kitabxanalar Assambleyası" əməkdaşlıq təşkilatının ümumi iclasının iştirakçılarına

 

Hörmətli konfrans iştirakçıları!

Sizi - türkdilli ölkələrin milli kitabxana direktorlarının konfransı "Avrasiya Kitabxanalar Assambleyası" əməkdaşlıq təşkilatının ümumi iclasının iştirakçılarını səmimi qəlbdən salamlayır, hər birinizə uğurlar, cansağlığı firavanlıq arzulayıram.

Müstəqil Azərbaycan dövlətinin dünya mədəni məkanına inteqrasiyasında türkdilli dövlətlərlə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Son illər ərzində respublikamızda müxtəlif sahələrdə artıq ənənəvi şəkil almış irimiqyaslı forum konfransların təşkili məhz bu məqsədə xidmət göstərməkdədir.

Sizin tədbiriniz Azərbaycan Milli Kitabxanasının yaradılmasının 85 illik yubileyi ilə eyni vaxta təsadüf edir. Hər bir kitabsevərə qürur hissi bəxş edən bu tarix ölkələrimizin mədəni həyatında nəzərəçarpan hadisədir. Tarixən özünün yüksək kitab mədəniyyəti ilə tanınan zəngin kitabxanaları ilə şöhrət tapan Azərbaycanda bu gün kitabxanalar şəbəkəsinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi sayəsində son üç ildə dünya Azərbaycan ədəbiyyatı nümunələrindən ibarət, ümumi tirajı 10 milyon nüsxəyə çatan 500-dən artıq kitabın çap olunub ölkə kitabxanalarına hədiyyə edilməsi ilə kitabxana fondları mütəmadi zənginləşmiş, onlardan faydalanma imkanları xeyli genişlənmişdir.

Qloballaşan dünyada informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq müasirləşən milli kitabxanalar ölkələrin davamlı inteqrasiyası xalqların qarşılıqlı mədəni əlaqələrinin zənginləşməsi proseslərinə öz layiqli töhfələrini verməkdədir. Ümidvaram ki, konfransınızda müzakirəyə çıxarılan məsələlər qəbul edilən qərarlar milli kitabxanaların xalqlarımızın mədəni sərvətlərinin yaşadılması intellektual potensialının artırılmasında rolu baxımından faydalı olacaqdır.

Konfrans iştirakçısı olan dost qardaş ölkələrin milli kitabxanalarının rəhbərlərinə, Azərbaycan Milli Kitabxanasının kollektivinə mənəvi dəyərlərimizin, bəşər mədəniyyəti xəzinəsi incilərinin qorunub saxlanması gələcək nəsillərə çatdırılması naminə nəcib fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzu edirəm.

Dərin hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2008-ci il

 

Azərbaycan. - 2008. -18 noyabr.-S.1.