AZƏRBAYCAN
PREZİDENTİ İLHAM ƏLİYEV DÜNYA BANKININ AVROPA
VƏ MƏRKƏZİ ASİYA ÜZRƏ
VİTSE-PREZİDENTİ ŞİGEO KATSUNUN BAŞÇILIQ
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL
ETMİŞDİR
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə
vitse-prezidenti Şigeo Katsunun başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir.
Şigeo
Katsu ölkəmizdə keçirəcəyi
görüşlər barədə dövlətimizin
başçısına məlumat verdi, səfər müddətində
Bakıda Asiya İnkişaf Bankı tərəfindən təşkil
olunan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq
proqramı çərçivəsində keçiriləcək
tədbirdə də iştirak edəcəyini bildirdi.
Dövlətimizin
başçısı qonağın ölkəmizə səfər
proqramının geniş olduğunu vurğuladı. Prezident İlham Əliyev bu səfərin
Azərbaycanın müvafiq hökumət
nümayəndələri ilə görüşlər
keçirmək və qarşılıqlı əməkdaşlığın
perspektivləri ilə bağlı məsələləri
müzakirə etmək üçün
yaxşı imkan yaratdığını
bildirdi.
Azərbaycan.- 2008.- 19 noyabr.- S. 1.