Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın York hersoqu, şahzadə Endryunu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Böyük Britaniyanın York hersoqu, şahzadə Endryunu qəbul etmişdir.

Görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndiyi vurğulandı. İqtisadi sahədə əlaqələrin dinamik inkişaf etdiyi bildirildi bu əməkdaşlığın gələcəkdə möhkəmlənəcəyinə inam ifadə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.-2008.-23 noyabr.-S.1.