Türkdilli Ölkələrin Parlament Assambleyasının II konfransı Bakıda keçiriləcəkdir
Noyabrın 21-də İstanbuldakı
Dolmabaxça sarayında
Türkiyə Böyük
Millət Məclisinin
(TBMM) ev sahibliyi ilə Türkdilli Ölkələrin
Parlament Assambleyasının
I konfransının yekununda
çıxış edən
TBMM-in sədri Köksal
Toptan təşkilatın
növbəti konfransının
2009-cu ilin sentyabrında
Bakıda keçiriləcəyini
bəyan etmişdir. Köksal Toptan demişdir ki, Bakıda keçiriləcək konfransda
daha çox nümayəndə iştirak
edəcəkdir.
Assambleyada dünyanın müxtəlif
ölkələrinin parlamentlərindəki
türk mənşəli
millət vəkillərinin
də konfranslara dəvət olunması barədə qərar qəbul edilmişdir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan.-2008.-23 noyabr.-S.1.