Milli Məclisin
mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər
ki, parlamentin Regional məsələlər daimi
komissiyasının sədri
Arif Rəhimzadə, deputatlar Elmira Axundova və Fəzail Ağamalı noyabrın
23-dən 26-dək Sankt-Peterburqda səfərdə olacaqlar.
Azərbaycan deputatları MDB Parlamentlərarası
Assambleyasının XXXI geniş
iclasında və Assambleya Şurasının
toplantısında iştirak
edəcəklər.
Tədbirlərdə demokratik
seçki prosesində
beynəlxalq əməkdaşlığın
təkmilləşdirilməsi, MDB-yə üzv olan dövlətlərdə
ərzaq təhlükəsizliyi,
"Elektron ticarət
haqqında", "Paralimpiya
idmanı haqqında",
"Elmi və elmi texniki fəaliyyət
haqqında" model qanunların
müzakirəsi keçiriləcəkdir.
Həmçinin Assambleya Şurasının
toplantısında "Parlamentarizm və
demokratiyanıninkişafı Beynəlxalq Monitorinq
İnstitutunun fəaliyyəti haqqında", "Miqrasiya
prosesinin qloballaşması: qanunvericiliyin tənzimlənməsi
problemləri" mövzularında beynəlxalq parlament
konvensiyasının nəticələri barədə fikir
mübadiləsi aparılacaqdır.
Assambleyanın geniş iclasında Arif Rəhimzadənin
"İtkin düşmüş şəxslər
haqqında" model qanun layihəsi ilə bağlı məruzəsi
nəzərdə tutulmuşdur.
Azərbaycan.-2008.-23 noyabr.-S.1.