Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 24-də
Amerika Birləşmiş
Ştatlarının Beynəlxalq
İnkişaf Agentliyinin
(USAİD) Administratoru və
ABŞ-ın xarici yardımlar üzrə direktoru Henrietta Forun başçılıq etdiyi
nümayəndə heyətini
qəbul etmişdir.
Azərbaycanda həyata
keçirilən işlərin
onda böyük təəssürat hissi doğurduğunu söyləyən
Henrietta For Prezident İlham Əliyevin Azərbaycanın inkişaf
perspektivləri barədə
fikir və baxışlarını Amerika
Birləşmiş Ştatlarına
qayıdarkən həmkarlarına
çatdıracağını bildirdi.
Dövlətimizin başçısı Henrietta Forun
ölkəmizə səfərinin
ikitərəfli əlaqələrimizi,
regiondakı vəziyyəti
müzakirə etmək
baxımından yaxşı
imkan yaratdığını
vurğulayaraq, ABŞ-Azərbaycan
münasibətlərinin uğurla
inkişaf etməsindən
məmnunluğunu ifadə
etdi.
AzərTAc
Azərbaycan.-2008.-25 noyabr.-S.1.