Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyanın "Edison" şirkətinin icraçı direktoru ilə görüşü

 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Romada onun üçün ayrılmış iqamətgahda - "Vestin Excelsior" mehmanxanasında İtaliyanın "Edison" şirkətinin icraçı direktoru Umberto Kuadrino ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə "Edison" şirkəti arasında enerji sahəsində əməkdaşlığın perspektivi ilə bağlı məsələlər müzakirə edildi.


            AzərTAc

 

Azərbaycan.-2008.-26 noyabr.-S.1.