Azərbaycan Prezidenti İlham Əliyev "Rai İnternational" telekanalına müsahibə vermişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Romada, onun üçün ayrılmış iqamətgahda İtaliyanın "Rai İnternational" telekanalına müsahibə vermişdir.

Dövlətimizin başçısı Azərbaycan-İtaliya münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın sürətli iqtisadi inkişafı, enerji sahəsində əldə etdiyi uğurlar, regional əməkdaşlıq, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın iştirakı ölkəmizin bu sahədə potensialı, İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı digər məsələlərlə bağlı suallara cavab verdi.


            * * *

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri davam edir.

 

 

AzərTAc

 

Azərbaycan.-2008.-26 noyabr.-S.1.