İctimai-özəl əməkdaşlıq məsələləri müzakirə edilmişdir
AzərTAc xəbər verir ki,
noyabrın 25-də Azərbaycanda Amerika Ticarət Palatası
(AmCham) və Avrasiya Əməkdaşlıq Fondunun (AƏF)
sponsorluğu ilə "Park Hyatt" mehmanxanasında
ictimai-özəl əməkdaşlıq üzrə ziyafət
təşkil edilmişdir.
Ölkəmizdə səfərdə olan
Amerika Birləşmiş Ştatları Beynəlxalq
İnkişaf Agentliyinin (USAİD) Administratoru və
ABŞ-ın xarici yardımlar üzrə direktoru Henrietta For
ziyafətdə çıxış etmişdir.
Xanım For ABŞ və Azərbaycanın
biznes rəhbərlərinə USAİD-in Qlobal İnkişaf
Alyansı Proqramı barədə məlumat vermiş, diqqəti
Azərbaycanda mövcud və potensial ictimai-özəl əməkdaşlıq
məsələlərinə cəlb etmişdir. O demişdir: "Qlobal İnkişaf Alyansı mexanizminin geniş istifadəsi USAİD-in əsas
prioritetidir. Bizim məqsədimiz öz
alyanslarımızın strateji
dəyərini artırmaq,
beləliklə, dünyada
davamlı inkişafı
sürətləndirmək yollarını axtarmaqdır".
Henrietta For, həmçinin
vurğulamışdır ki,
ictimai və özəl sektoru bir araya gətirməklə
USAİD özəl sektorun
ən yaxşı ideyalarını, idarəetmə
texnikasını yer üzündə daha sabit, demokratik, bazaryönümlü cəmiyyətlər
yaradan qarşılıqlı
faydalı yanaşmalara
aparan inkişafa yardım niyyəti ilə birləşdirir. "Mən məmnunluqla qeyd etmək istərdim ki, USAİD-in Qlobal İnkişaf Alyansı Proqramı Azərbaycana gəlib.
USAİD və bp-nin rəhbərlik etdiyi neft şirkətləri
konsorsiumu Təcili Tibbi Yardımın İnkişafı Proqramını
həyata keçirmək
üçün Səhiyyə
Nazirliyi ilə əməkdaşlıq etmişdir.
Bundan əlavə,
"Şevron" və
"StatioilHydro" şirkətləri
USAİD-in "Junior Achievement" layihəsi
vasitəsilə Azərbaycanda
orta və ali məktəbdə
təhsil alanların sahibkarlıq və liderlik qabiliyyətlərini
inkişaf etdirməyə
kömək göstərəcək.
Biz əlavə imkanlar
axtarmağa davam edirik", - deyə For bildirmişdir.
Xatırladaq ki, AmCham Azərbaycanda
biznesin maraqlarını
dəstəkləyən və
onu inkişaf etdirən özəl, gəlirsiz biznes assosiasiyasıdır.
Azərbaycan.-2008.-26 noyabr.-S.3.