Neft Fondunda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Adminstratoru ABŞ-ın xarici yardımlar üzrə direktoru Henrietta Forun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir

 

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Administratoru ABŞ-ın xarici yardımlar üzrə direktoru Henrietta Forun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, vəsaitlərinin idarə edilməsi, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə dair məsələlər, o cümlədən Azərbaycanda MHŞT-nin uğurla tətbiq edilməsi, yerli hökumət tərəfindən BMT-nin Baş Məclisinə təqdim edilən konsensusla qəbul olunmuş Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamə barədə qonaqlara ətraflı məlumat vermişdir. Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən layihələrin inkişaf üçün əhəmiyyəti xüsusi vurğulanmışdır.

Görüşdə, eyni zamanda, Azərbaycan ABŞ, o cümlədən Neft Fondu ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi arasındakı əməkdaşlığın mövcud vəziyyəti inkişaf perspektivləri, ölkəmizdə gedən iqtisadi islahatlar, Azərbaycanda neft sektorunun rolu, əsas prioritet məsələlərdən olan qeyri-neft sektorunun inkişaf etdirilməsi digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2008.-26 noyabr.-S.3.