Bakıda Azərbaycan-Liviya Hökumətlərarası Komissiyasının ilk iclası başlanmışdır
AzərTAc xəbər verir ki, noyabrın 25-də
Bakıda Azərbaycan-Liviya Hökumətlərarası Komissiyasının
ilk iclası başlanmışdır.
Noyabrın 27-dək davam edəcək tədbirin birinci günü
işçi qruplarının iclası keçirilir.
Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər
ki, komissiyanın həmsədrləri Azərbaycan tərəfdən
xarici işlər nazirinin müavini Xələf Xələfov,
Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi tərəfdən
isə bu ölkənin xarici siyasət idarəsinin rəhbərinin
müavini Məhəmməd Əl Barranidir.
İclasda Azərbaycan-Liviya iqtisadi əlaqələrinin
inkişafı məsələləri müzakirə edilir.
Azərbaycan.-2008.-26 noyabr.-S.3.