Nazirlər Şurasının binası önündə rəsmi qarşılanma mərasimi

 

Noyabrın 26-da İtaliya Nazirlər Şurasının binası önündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

İtaliyanın Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoni Azərbaycan Prezidenti İlham Əliyevi binanın önündə böyük hörmət və ehtiramla qarşıladı.
Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və İtaliya hökumətinin sədri Silvio Berluskoni fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Azərbaycan nümayəndə heyətinin üzvləri Nazirlər Şurasının sədri Silvio Berluskoniyə, İtaliyanın rəsmi şəxsləri Prezident İlham Əliyevə təqdim edildi.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoni rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.-2008.- 27 noyabr.-S.1.