Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoninin görüşü
Noyabrın 26-da
İtaliyanın Nazirlər Şurasının binasında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və
İtaliya Respublikası Nazirlər Şurasının sədri
Silvio Berluskoninin görüşü olmuşdur.
Görüşdə iki ölkə arasında əlaqələrin
yüksələn xətlə inkişaf etdiyi bildirildi. Silvio Berluskoni
Prezident İlham Əliyevi
yenidən dövlət
başçısı seçilməsi münasibətilə
təbrik etdi, onun İtaliyaya rəsmi səfərinin əhəmiyyətini
xüsusi vurğuladı.
Söhbət zamanı qeyd olundu ki, iki
ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə
əlaqələr genişlənəcək,
qarşılıqlı münasibətlər daha da möhkəmlənəcəkdir.
Görüşdə ikitərəfli,
regional və beynəlxalq məsələlər barədə
geniş fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2008.-27 noyabr.-S.1.