Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya parlamentinin Deputatlar palatasının sədri Canfranko Fini ilə görüşü

 

Noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya parlamentinin Deputatlar palatasının sədri Canfranko Fini ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyi bildirildi, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərinin böyük əhəmiyyət kəsb etdiyi vurğulandı.

Deputatlar palatasının sədri Canfranko Fini Azərbaycan dövlətinin başçısını yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi. O, iki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etdi, bu sahədə parlamentlərarası əlaqələrin rolunu vurğuladı, əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini söylədi.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi, İtaliya-Azərbaycan əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyini vurğuladı.


           AzərTAc

 

Azərbaycan.-2008.-27 noyabr.-S.1.