AzərTAc xəbər verir ki, noyabrın 26-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin İtaliya
Respublikasına rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və İtaliyanın
dövlət bayraqları ilə bəzədilmiş
Romanın "Çampino" hərbi hava limanında
dövlətimizin başçısını
İtaliyanın yüksək vəzifəli dövlət və
hökumət nümayəndələri böyük hörmət
və ehtiramla yola saldılar.
***
Dövlətimizin başçısı həmin
gün gecə Bakıya qayıtmışdır. Azərbaycan Prezidentini Heydər
Əliyev adına Beynəlxalq Hava
limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra
Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər
İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov qarşıladılar.
Azərbaycan.-2008.-27 noyabr.-S.1.