USAİD Azərbaycan ilə əməkdaşlıqdan məmnundur

 

Milli Məclisin Sədri Oqtay Əsədov noyabrın 26-da ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri xanım Henrietta For ilə görüşmüşdür.
Parlamentin Sədri Azərbaycanın beynəlxalq təşkilatlarla, eləcə USAİD- faydalı əməkdaşlıq etdiyini bu əməkdaşlığın tərəflər üçün önəmli olduğunu bildirmişdir. O demişdir ki, USAİD- Milli Məclis arasında 2007-ci ildə imzalanmış Anlaşma memorandumu təşkilatın Azərbaycanda fəaliyyətinə geniş imkanlar açmışdır. USAİD-in ölkəmizdə həyata keçirdiyi Azərbaycan Parlament Proqramı Milli Məclisinin işinin daha da yaxşılaşdırılması baxımından əhəmiyyətli olmuşdur. Bu proqram çərçivəsində deputatların iştirakı ilə "dəyirmi masa"lar, Milli Məclis Aparatının əməkdaşları, deputat köməkçiləri üçün seminarlar, təlim məşğələləri keçirilmiş, xarici ölkələrdə təcrübə keçmək üçün səfərlər təşkil edilmişdir.

O.Əsədov bir neçə istiqamətdə həyata keçirilən layihənin uğurla başa çatacağına yeni mərhələnin başlanacağına ümidvar olduğunu bildirmişdir.
Xanım Henrietta For demişdir ki, ABŞ Azərbaycanda demokratiyanın inkişafını, ölkənin Avropaya inteqrasiyasını dəstəkləyir bu sahədə yardım göstərməyə hazırdır. Qonaq vurğulamışdır ki, hər bir dövlət üçün güclü, çevik mütəşəkkil qanunverici icraedici orqanların olması vacibdir. USAİD Azərbaycanla əməkdaşlığı, nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinin dəstəklənməsini yüksək qiymətləndirir. Bu, həm gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır.
Görüşdə Azərbaycan Parlament Proqramının genişləndirilməsi, digər layihələrin həyata keçirilməsi sair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2008.-27 noyabr.-S.3.