Vətəndaş cəmiyyətinin formalaşmasında hamı iştirak etməlidir
AzərTAc xəbər verir ki, noyabrın 26-da Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurası
"QHT-lərə dövlət
dəstəyi Konsepsiyasının
qəbulu vətəndaş
cəmiyyətinin inkişafında
yeni mərhələnin
başlanğıcıdır:
analizlər, mülahizələr,
problemlər, perspektivlər"
mövzusunda elmi-praktik
konfrans keçirmişdir.
"
Azərbaycan Prezidentinin
27 iyul 2007-ci il
tarixli Sərəncamı
ilə təsdiq edilmiş QHT-lərə dövlət dəstəyi
Konsepsiyasını Azərbaycanda
qeyri-hökumət təşkilatlarının
inkişafının yeni
mərhələsinin başlanğıcı
kimi qiymətləndirən
A.Quliyev diqqəti bu sahədə görülmüş işlərə
yönəltdi. Şuranın sədri qeyd etdi ki, Konsepsiya
təsdiq olunduqdan sonra ölkənin ictimai sektorunda həqiqətən böyük
canlanma baş vermiş, vətəndaş
cəmiyyəti quruculuğu
daha real təzahürlərlə
zənginləşməyə başlamışdır. Şuranın yaradılmasını bu yolda ictimai sektorun
mühüm bir nailiyyəti kimi dəyərləndirən A.Quliyev
bu ilin iyul-avqust
aylarında keçirilmiş
maliyyə yardımı
müsabiqəsini və
onun nəticələrini
şərh etmişdir.
Bildirmişdir ki, gələn
ilin dövlət büdcəsində QHT-lərə
maliyyə yardımı
daha da artırılmışdır.
A.Quliyev
2008-ci ilin ölkənin
QHT həyatı üçün
çox uğurlu olduğunu bildirmiş və növbəti ildə ictimai sektorun vətəndaş cəmiyyəti quruculuğu
ilə bağlı daha önəmli addımlar atacağına
əmin olduğunu söyləmişdir.
Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər
şöbəsinin müdir
müavini Ərəstun
Mehdiyev konfransda çıxış etmişdir. Konsepsiyanın mühüm ictimai-siyasi əhəmiyyətini vurğulayan
Ə.Mehdiyev onun həyata keçirilməsində
şuranın və
QHT-lərin üzərinə
düşən vəzifələrdən
danışmışdır. Natiq qeyd etmişdir ki, konsepsiyanın müddəalarının reallaşdırılması
üçün cəmiyyətdə
səslənən bütün
təkliflər öyrənilməli
və nəzərə
alınmalıdır.
Şuranın eksperti, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov konfransda "QHT-lərə
dövlət dəstəyi
Konsepsiyasının icra
mexanizmləri, vətəndaş
cəmiyyəti institutlarının
inkişaf yolları"
mövzusunda məruzə
ilə çıxış
etmişdir.
Multimedia İnformasiya
Sistemləri və Texnologiyaları Mərkəzinin
direktoru, şuranın
eksperti Osman Gündüzün "QHT-Dövlət-Vətəndaş
əlaqələrinin formalaşması:
problemlər və perspektivlər" mövzusunda
məruzəsi dinlənilmişdir.
Konfransda Milli Məclisin deputatları Mübariz Qurbanlı, Lalə Abbasova, Fazil Qəzənfəroğlu,
İlyas İsmayılov
çıxış edərək
mövzunun aktuallığını
və vətəndaş
cəmiyyəti quruculuğunda
Konsepsiyanın böyük
önəm daşıdığını
bildirmişlər.
Geniş iclasdan sonra konfrans öz işini 4 işçi qrupda davam etdirmişdir. Şura
üzvləri Əliməmməd
Nuriyev, Sahib Məmmədov,
Rəna Mirzəzadə
və Ceyhun Osmanlının rəhbərlik
etdikləri bu qruplarda vətəndaş
cəmiyyəti quruculuğunun
ayrı-ayrı aspektləri
müzakirə edilərək
Konsepsiya müddəalarının
həyata keçirilməsi
üçün təkliflər
hazırlanmışdır. Təkliflər ekspertlər tərəfindən
qruplaşdırılaraq Şuraya
təqdim ediləcəkdir.
Azərbaycan.-2008.-27 noyabr.-S.3.