Strateji Araşdırmalar Mərkəzinin iştirakı ilə Qazaxıstanda "dəyirmi masa" keçirilib

 

Almatıda Qazaxıstan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu (QSAİ) Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondu ilə birlikdə "Qazaxıstan-Azərbaycan: qarşılıqlı əlaqələr əməkdaşlıq perspektivləri" mövzusunda beynəlxalq forum keçirmişdir.

SAM-ın Avropa Amerikada silsilə tədbirlərindən sonra Mərkəzi Asiyada Qazaxıstanı seçməsi heç təsadüfi deyil. Birincisi, bu iki qonşu dost dövlət ənənəvi olaraq siyasi iqtisadi əlaqələrin inkişafında, regional təhlükəsizlik beynəlxalq sabitliyin qorunmasında eyni dərəcədə maraqlıdır. İkinci daha vacib amil isə Qazaxıstan tarixində baş verən hadisələrdə Heydər Əliyevin nümayiş etdirdiyi mövqe ilə bağlıdır.

Mixail Qorbaçov Sovet İttifaqının çökmə mexanizmini "yenidənqurma" adı altında həyata keçirəndə ilk zərbələrdən biri Qazaxıstana dəymişdi. Baş katib Qazaxıstan KP MK-nın birinci katibi Dinməhəmməd Kunayevi vəzifəsindən azad edib, Kovbini təyin edərkən Mərkəzi Komitənin Siyasi Büro üzvlərindən bu qərara etirazını bildirən yeganə şəxs Siyasi Büronun üzvü Heydər Əliyev olmuşdu. O, birmənalı şəkildə bu təyinatla razılaşmayaraq, Qazaxıstanda bu vəzifəyə daha layiqli, məsələn, Nazarbayev kimi kadrların təyin olunmasını məsləhət görmüşdü. Lakin ambisiyalı M.Qorbaçov öz qərarında israrlı oldu. onun təyinatı qazax xalqının tarixinə qanla yazıldı. Milli zəmində qarşıdurma yarandı, onlarla günahsız insanın qanı töküldü. Tarix Heydər Əliyevin Qorbaçovdan daha uzaq görən daha müdrik olduğunu göstərdi. Bu hadisə ötən əsrin sonunda baş versə , qazax xalqı Heydər Əliyevin Siyasi Büro üzvlərində görünməyən mərdlik cəsarətini indi unutmur. İki ölkənin "beyin mərkəzləri"nin keçirdikləri forum məhz bu amilə görə daha maraqlı keçdi. "Dəyirmi masa" formatında keçirilən tədbirdə iqtisadiyyat, energetika, ticarət sahələrində, eləcə Xəzər regionunda da əməkdaşlıq istiqamətində Qazaxıstanla Azərbaycan arasında münasibətlərin hazırkı durumu inkişaf perspektivlərinə dair geniş mövzuları əhatə edən məsələlər müzakirə olundu.

"Dəyirmi masa"nın işində QSAİ-nun direktoru Bulat Sultanov, SAM-ın direktoru Elxan Nuriyev, eləcə Qazaxıstanda təmsil olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış qazax ekspert analitikləri iştirak edirdilər.

 

 

B.İMANQULİYEV

 

Azərbaycan.-2008.- 27 noyabr.-S.3.