Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən yeni məktəb binası istifadəyə verilmişdir
AzərTAc-ın
müxbiri xəbər verir ki, Lənkəran rayonunun
Daştatük kəndində Heydər Əliyev Fondunun təşəbbüsü
ilə tikilmiş 192 şagird yerlik yeni məktəb binası
istifadəyə verilmişdir.
Rayon mərkəzindən
25 kilometr uzaqlıqda, dağlıq ərazidə inşa
edilmiş təhsil ocağı yeni avadanlıq və dərs
ləvazimatları ilə təmin edilmiş, məktəbə
yeni yol çəkilmişdir.
Məktəbin istifadəyə
verilməsi münasibətilə keçirilən mərasimdə
Lənkəran Şəhər İcra Hakimiyyətinin
başçısı Süleyman Mikayılov, təhsil
işçiləri, kənd sakinləri çıxış
edərək ölkəmizdə təhsilin maddi-texniki
bazasının möhkəmləndirilməsinə göstərdiyi
qayğıya görə Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildirmişlər.
Azərbaycan.-2008.-27 noyabr.-S.5.