Azərbaycan Prezidenti İlham Əliyev görkəmli rəssam Tahir Salahova "Heydər Əliyev" ordenini təqdim etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də görkəmli rəssam, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Salahova "Heydər Əliyev" ordenini təqdim etmişdir.

Dövlətimizin başçısı İlham Əliyev görkəmli fırça ustasına müraciətlə dedi:

- Hörmətli Tahir müəllim, Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizə cansağlığı, uzun ömür arzu edirəm. Sizin fəaliyyətiniz, yaradıcılığınız bütün dünyanı sevindirir. Siz dünyamiqyaslı rəssamsınız, əsərləriniz dünyanın ən məşhur muzeylərində nümayiş etdirilir. Ən sevindirici hal odur ki, Sizin əsərlərinizin böyük əksəriyyəti Azərbaycana həsr olunubdur. Sizin əsərlərinizdə Azərbaycanın görkəmli şəxsiyyətləri adi insanlar təsvir edilmişdir.

Siz həm çox geniş ictimai fəaliyyət göstərirsiniz. Azərbaycan qarşısında çox böyük xidmətləriniz var. Mən bütün bu xidmətləri nəzərə alaraq, Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinizə görə Sizi Azərbaycanın ən yüksək, ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif etmək istəyirəm. Mən bu gün bu barədə sərəncam imzaladım istəyirəm, bu ordeni sizə təqdim edim.

Prezident İlham Əliyev "Heydər Əliyev" ordenini Tahir Salahova təqdim etdi.

Xalq rəssamı Tahir Salahov onu Azərbaycanın ən ali mükafatına - "Heydər Əliyev" ordeninə layiq görməsi münasibətilə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. O, dövlətimizin başçısının sərəncamı ilə 80 illik yubileyinin Azərbaycanda geniş qeyd olunmasına görə təşəkkür etdi. Tahir Salahov ulu öndər Heydər Əliyevin XX əsrin ən böyük şəxsiyyətlərindən biri olduğunu vurğulayaraq dedi ki, məhz ümummilli liderin müdrik siyasəti nəticəsində respublikamız dünya birliyində layiqli yerini tutmuşdur.

Heydər Əliyevlə şəxsi dostluğunu böyük məmnunluqla xatırlayan yubilyar ulu öndərin gərgin fəaliyyəti sayəsində əsaslı inkişaf yoluna qədəm qoyan Azərbaycanın son illərdə daha da inkişaf etdiyini dünya birliyində mövqeyini daha da möhkəmləndirdiyini bildirdi. Tahir Salahov Prezident İlham Əliyevin mədəniyyət incəsənətə, bu sahədə xüsusi xidmətləri olan sənət adamlarına hərtərəfli qayğı göstərdiyini vurğuladı, özünün "Heydər Əliyev" ordeninə layiq görülməsini bu qayğı diqqətin daha bir nümunəsi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev yubilyarın Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi olduğunu bir daha vurğulayaraq qeyd etdi ki, Tahir Salahov sənəti daim mövzu janr zənginliyi, bədii formanın əlvanlığı estetik kamilliyi ilə seçilib, onun əsərləri milli incəsənət xəzinəmizin qızıl fonduna daxil olmuşdur.

Dövlətimizin başçısı görkəmli fırça ustasının ulu öndər Heydər Əliyevlə çox səmimi münasibətlərinin canlı şahidi olduğunu bildirdi, bunu əsl dostluq nümunəsi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Tahir Salahovun yüksək mənəvi keyfiyyətlərini, Vətən xalq qarşısında xidmətlərini bir daha xüsusi vurğuladı, dövlətimizin ali mükafatına layiq görülməsi münasibətilə təkrar təbrik etdi ona ən xoş arzularını çatdırdı.

Sonra yadigar olaraq xatirə şəkli çəkdirildi.

 

 

AzərTAc

 

Azərbaycan.-2008.-28 noyabr.-S.1.