Albaniya Respublikasının Prezidenti
zati-aliləri cənab
Bamir Topiyə
Hörmətli cənab
Prezident!
Albaniyanın milli bayramı - Bayraq günü münasibətilə
Sizi və Sizin simanızda
bütün xalqınızı
ürəkdən təbrik
edirəm.
Əminəm ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq
münasibətləri xalqlarımızın
mənafelərinə uyğun
olaraq bundan sonra da öz
inkişafını davam
etdirəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Albaniya xalqına əmin-amanlıq
və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 12 noyabr 2008-ci il
Azərbaycan.-2008.-28 noyabr.-S.1.