Hindistan Respublikasının Prezidenti zati-aliləri xanım Pratibha Patilə

 

Hörmətli xanım Prezident!
Mumbai şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.
Biz bu hadisədən son dərəcə hiddətlənir, bütün bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 noyabr 2008-ci il

 

Azərbaycan.-2008.-28 noyabr.-S.1.