Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında sərəncamlarında dəyişikliklər əlavələr edilməsi barədə

 

1. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8, (III kitab), maddə 612; 2001-ci il, N7, maddə 462, N10, maddə 640, N12, maddə 755; 2002-ci il, N1, maddə 49, N5, maddələr 260, 275, N8, maddələr 478, 484, 486; 2003-cü il, N6, maddə 299, N8, maddə 434, N9, maddə 478, N10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, N1, maddələr 19, 26, N3, maddələr 138, 141, N4, maddə 235, N5, maddələr 340, 341, 343, 345, 346, N8, maddələr 607, 608, N11, maddə 909, N12, maddə 1005; 2005-ci il, N2, maddələr 67, 69, N4, maddələr 299, 303, N8, maddə 702, N9, maddələr 801, 802, N12, maddə 1101; 2006-cı il, N2, maddə 83, N 4, maddələr 321, 322, N5, maddə 407, N7, maddə 590, N8, maddələr 662, 663, 674, 675, 679, N9, maddə 743, N11, maddələr 942, 945; 2007-ci il, N1, maddə 11, N2, maddə 87, N3, maddə 230; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 iyul tarixli 608 nömrəli, 16 avqust tarixli 619 nömrəli və 621 nömrəli fərmanları) 3.20-ci bəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın;

1.2. "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N11, maddə 702; 2003-cü il, N6, maddə 286; 2006-cı il, N11, maddə 945) 1-ci bəndinin birinci abzasından "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın;

1.3. "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, N4, maddə 327) adından, preambulasından, 1-ci və 2.1-ci bəndlərindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın;

1.4. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, N4, maddə 327) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"yə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.4.1. adından 1-ci bəndindən "Nazirlər Kabineti yanında"sözləri çıxarılsın;
1.4.2. 4-cü bənddə "öz adı həkk olunmuş möhürə" sözləri "Azərbaycan və ingilis dillərində öz adı həkk olunmuş möhürə, rəsmi emblemə, özünün xüsusi bayrağına" sözləri ilə əvəz edilsin;

1.4.3. 4-cü bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Administrasiyanın işçiləri xüsusi xidməti geyim formasına malikdirlər.".

1.4.4. 8.21-ci bənddə "gəmi sənədlərini vermək" sözləri "gəmilərdə texniki müayinə aparmaq, gəmilərdən tonnaj yığımını təmin etmək və gəmi sənədlərini vermək" sözləri ilə əvəz edilsin;

1.4.5. Aşağıdakı məzmunda yeni 8.25-1 bənd əlavə edilsin:

"Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə müvafiq şəhadətnamələr vermək.".

1.4.6. 8.26-cı bənddə "təhqiqatına kömək göstərmək" sözləri "araşdırılmasını həyata keçirmək və onların qeydiyyatını aparmaq" sözləri ilə əvəz edilsin;
1.4.7. Aşağıdakı məzmunda 8.36-cı bənd əlavə edilsin, 8.36-8.37-ci bəndlər müvafiq olaraq 8.37-8.38-ci bəndlər hesab edilsin:

"8.36. Administrasiya aşağıdakı normativ hüquqi aktları hazırlayır və təsdiq edir:

8.36.1. Dənizçilik sahəsində təhsil sistemini "Dənizçilərin hazırlanması, sertifikatlaşdırılması və növbə çəkmələri haqqında" (STCW-78) Beynəlxalq Konvensiyaya müvafiq olaraq təşkil etmək, dənizçilərin hazırlanmasına dair təhsil, kurs proqramları;

8.36.2. "Donanmanın Fəxri İşçisi" adlarının verilməsi qaydaları;

8.36.3. Azərbaycan Respublikasının gəmiçilik şirkətləri üçün qəza hallarında tədbirlər planının təşkili üzrə Təlimat;

8.36.4. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə;

8.36.5. Dənizçilərin hazırlanması və sertifikatlaşdırılması mərkəzi haqqında Əsasnamə;

8.36.6. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində istehsalat və üzgüçülük təcrübəsinin təşkili və aparılması haqqında Əsasnamə;

8.36.7. Fəlakət zamanı təhlükəsizliyin təmin edilməsi üçün qlobal dəniz rabitə sisteminin tətbiqi haqqında Əsasnamə;

8.36.8. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində növbəçəkmənin təşkili və icrası üzrə Təlimat;

8.36.9. "Dənizçilərin hazırlanması, sertifikatlaşdırılması və növbə çəkmələri haqqında" (STCW-78) Beynəlxalq Konvensiyanın tələblərinin gəmiçilik şirkətləri tərəfindən yerinə yetirilməsi üçün təlimatlar;

8.36.10. Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində komandir heyəti üzvləri üçün kadrların seçilməsi, vəzifəyə təyin edilməsi və xidməti vəzifələrin artırılması barədə Əsasnamə;

8.36.11. Gəmilərin qəza hadisələrinin təsnifatı, təhqiqatı və qeydə alınması qaydaları;

8.36.12. Gəminin səfərə çıxa bilməsi üçün heyətin minimal tərkibi haqqında Əsasnamə;

8.36.13. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik tədris müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair qaydaları hazırlamaq və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək.";

1.4.8. 13-cü bənddə "Azərbaycan Respublikasının Nazirlər Kabineti" sözləri "Azərbaycan Respublikasının Prezidenti" sözləri ilə əvəz edilsin.
1.5. "Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 494 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, N12, maddə 1041; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 may tarixli 585 nömrəli fərmanı) 3.1.2.43-cü yarımbəndində "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında" sözləri "Azərbaycan Respublikasının" sözləri ilə əvəz edilsin;

1.6. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 506 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, N12, maddə 1053) 2-ci bəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın;

1.7. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, N12, maddə 1058) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə"nin 9.7-ci bəndində "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında" sözləri "Azərbaycan Respublikasının" sözləri ilə əvəz edilsin;

1.8. "Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, N3, maddə 222) 5-ci bəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın;

1.9. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, N4, maddə 326) ilə təsdiq edilmiş Əlavə 2-nin - "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nın 9-cu bəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın;

1.10. "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli 1271 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, N 2, maddə 110) 1-ci, 2-ci və 3.1-ci bəndlərindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın;

1.11. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 fevral tarixli 1963 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, N2, maddə 144) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı"nın II bölməsinin ikinci abzasından və "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək Tədbirlər"in 1.1.8-ci və 2.2.2-ci yarımbəndlərindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın.
2. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2008-ci il

 

Azərbaycan.-2008.-28 noyabr.-S.2.