Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarına dəyişikliklər edilməsi haqqında

 

1. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı sərəncamlarına dəyişikliklər edilsin:

1.1. "Azərbaycan Respublikası hökuməti ilə Yunanıstan Respublikası hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2015 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, N 3, maddə 247) 1-ci bəndində "Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri "Natiq Əliyev - Azərbaycan Respublikasının sənaye və energetika naziri" sözləri ilə əvəz edilsin, "Gülməmməd Cavadov - Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini" sözləri çıxarılsın, "Ülvi Seyidzadə - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri" sözləri "İlqar İsayev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri" sözləri ilə əvəz edilsin;

1.2. "Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 fevral tarixli 2670 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, N 2, maddə 78) 1-ci bəndində "Heydər Babayev" sözləri "Şahin Mustafayev" sözləri ilə, "Azərbaycan Hava Yolları" Dövlət Konserni baş direktorunun birinci müavini" sözləri "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən dəyişikliklər barədə müvafiq olaraq Yunanıstan Respublikası və İordaniya Haşimilər Krallığı hökumətlərinə bildiriş göndərsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2008-ci il

 

Azərbaycan.-2008.-28 noyabr.-S.2.