Qadınlara Qarşı Zorakılıqla Mübarizə Gününə həsr olunmuş konfrans keçirilmişdir
AzərTAc xəbər
verir ki, noyabrın 27-də "Avropa" mehmanxanasında
Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Birləşmiş
Millətlər Təşkilatının
(BMT) Qaçqınlar üzrə
Ali Komissarlığı
və BMT Əhali Fondunun (UNFPA) Azərbaycan ofisinin təşəbbüsü
ilə 25 noyabr - Qadınlara Qarşı Zorakılığın
Aradan Qaldırılması
Uğrunda Beynəlxalq
Mübarizə Gününə
həsr olunmuş konfrans keçirilmişdir.
AQUPDK-nın sədri
Hicran Hüseynova qadınlara qarşı zorakılığın dünyada
ən geniş yayılmış cinayətlərdən
biri olduğunu bildirmiş, bu problemin, o cümlədən
erkən nigah
hallarının Azərbaycan
üçün də
aktuallığını diqqətə
çatdırmışdır. O, Milli Məclisdə
gender bərabərliyi
ilə bağlı müvafiq qanunun tezliklə qəbul edilməsinin vacibliyindən,
qadınlara qarşı
zorakılığın qarşısının
alınması istiqamətində
Azərbaycan hökuməti
tərəfindən həyata
keçirilən kompleks
tədbirlərdən danışmışdır.
Cari ilin əvvəlindən Heydər
Əliyev Fondu, AQUPDK və UNFPA-nın birgə təşkilatçılığı
ilə "XXI əsrdə
qadınlara qarşı
zorakılıq əlehyinə
layihə"nin həyata keçirildiyi bildirilmişdir.
UNFPA-nın Azərbaycan,
Gürcüstan və
Ermənistan üzrə
ölkə direktoru Peer Sieben və
BMT-nin Qaçqınlar
üzrə Ali Komissarlığının proqram
üzrə departamentinin
müdiri Ayaz Xan qadınlara qarşı zorakılığa
son qoyulması üçün hamının
məsuliyyət daşıdığını,
gender bərabərliyinə
nail olunması üçün bütün
qüvvələrin səfərbər
edilməsinin vacibliyini
diqqətə çatdırmışlar.
Natiqlər təmsil etdikləri qurumların Heydər Əliyev Fondu və AQUPDK ilə səmərəli əməkdaşlığını qeyd etmişlər.
Tədbirdə Milli Məclisin
Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Qənirə Paşayeva, Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə
Əlaqələr İdarəsinin
rəisi Faiq Qurbanov, Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə
İdarəsinin rəisi
Cavad Şıxəliyev
və başqaları mövzu ilə
bağlı fikirlərini
söyləmiş, qadınlara
qarşı zorakılıq
hallarının qarşısının
alınmasında hüquq-mühafizə orqanlarının,
təhsil, səhiyyə
işçilərinin rolunu
və köməyini vurğulamışlar.
Çıxış edənlər
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə
qadının zorakılığa
məruz qaldıqlarını
bildirmişlər.
Konfransda mövzu ilə bağlı videolentlər nümayiş
etdirilmişdir.
Sonda problemlə bağlı geniş fikir mübadiləsi aparılmış, təkliflər
irəli sürülmüşdür.
Azərbaycan.-2008.-28
noyabr.-S.2.