Dövlət başçısının qayğısı bizə yeni ruh verir
Azərbaycanda son beş
ildə bütün sahələrdə əldə edilən tərəqqi
və dövlətçiliyimizin günbəgün möhkəmlənməsi
ərazi bütövlüyümüz uğrunda müharibədə
xidmət göstərən biz əlilləri və şəhid
valideynlərini qəlbən sevindirir.
Biz, Qarabağ müharibəsi
əlilləri, ölkəmizin ərazi
bütövlüyü uğrunda canını qurban vermiş
vətən övladarının ailə üzvləri
dövlətimizin diqqət və qayğısını daim
öz üzərimizdə hiss edirik. Sosial
qayğılarımızın, problemlərimizin həlli
yolunda atılan addımlar isə göz önündədir.
Ümummilli lider Heydər
Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci
il yanvarın 17-də Ağcabədiyə gəlmişdi.
Rayonun mərkəzi meydanına toplaşan minlərlə rayon
sakini möhtərəm Prezidenti böyük hörmət və
ehtiramla qarşıladı. Dövlət
başçısı əvvəlcə ulu öndər Heydər
Əliyevin möhtəşəm heykəlinin önünə
gül dəstəsi qoydu, sonra Ağcabədiyə təbii
qazın verilməsini bildirən məşəli
alovlandırdı. Rayon ictimaiyyəti və qonaqlar
qarşısında geniş nitq söylədi. Heydər Əliyev
muzeyinin açılışında iştirak etdi. Həmin
gün şəhid ailələri və Qarabağ müharibəsi
əlilləri üçün inşa olunan üçmərtəbəli,
24 mənzilli binanın istifadəyə verilməsi mərasimində
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
iştirak etdilər. Ölkə başçısı mənzillərin
orderlərini sahiblərinə təqdim etdi.
Mənzil alanların
arasında mən də var idim. Prezident əlimi sıxıb mənzilin
orderini təqdim edəndə sevincimin həddi-hüdudu yox
idi. Həyəcanla ürək sözlərimi
çatdırdım: "Möhtərəm Prezident, göstərilən
bu yüksək qayğıya görə Sizə bütün
Qarabağ əlilləri və şəhid ailələri
adından dərin minnətdarlığımızı
bildiririk və uca Tanrıdan ulu öndərimizə qəni-qəni
rəhmət diləyirik. Cənab Prezident, bu əziz gündə
bizə hədiyyə etdiyiniz bu gözəl mənzillərdə
Sizi bir stəkan çay içməyə dəvət
edirik". Cənab İlham Əliyev təşəkkür edərək
dedi: "Sizi təbrik edirəm. Bu gözəl binada
yaşayacaqsınız. Burada hər cür şərait var.
Azərbaycan dövləti sizə bundan sonra da həmişə
diqqət göstərəcəkdir. Əgər bu ev sizin vəziyyətinizi
bir balaca yüngülləşdirirsə, hesab edirəm ki, bu,
böyük işdir".
Biz inanırıq ki,
dövlətin iqtisadiyyatı gücləndikcə nəinki
bizim, ümumən cəmiyyətin bütün təbəqələrinin
sosial vəziyyətinin yaxşılaşdırılması
istiqamətində addımlar atılacaqdır. Qeyd edim ki, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
həmin günün səhərisi Heydər Əliyev Fondundan
24 ailənin hər birinə 5 min manat məbləğində
pul yardımı göndərdi. Bu da dövlət
başçısının və onun xanımının
Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə
olan qayğısının parlaq təzahürüdür.
Prezident İlham Əliyevin
Ağcabədiyə səfərindən bir neçə
gün sonra Prezidentin ehtiyat fondundan rayonumuza 2 milyon manat vəsaitin
ayrılması rayonumuzun sosial-iqtisadi inkişafına təkan
verdi, uzun illər su görməyən kəndlərimizə
içməli su xətti çəkildi, rayonumuzda daha
geniş abadlıq və quruculuq işləri aparıldı.
Cənab İlham Əliyevin
müharibə əlillərinə Prezident təqaüdünün
verilməsi ilə əlaqədar imzaladığı fərman
bizlərə göstərilən diqqət və
qayğının daha bir bariz nümunəsidir. Bu yüksək
diqqət və qayğıya görə ölkə
başçısına və onun xanımına dərin minnətdarlığımızı
və təşəkkürümüzü bildiririk.
Cənab İlham Əliyev
prezidentlik fəaliyyətinin ötən 5 ili ərzində
qarşısına qoyduğu bütün vəzifələri
layiqincə yerinə yetirib. Bunu Azərbaycanın regionda lider
dövlət olması, ölkə iqtisadiyyatının
sürətlə inkişafı, beynəlxalq aləmə
inteqrasiyası, ordumuzun güclənməsi, olimpiya-idman
komplekslərinin, sağlamlıq ocaqlarının, turizm mərkəzlərinin
yaradılması, məktəblərin tikilib təmir
olunması, işsizliyin aradan qaldırılması,
qaçqın və məcburi köçkünlərin, əlillərin
və şəhid ailələrinin həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində
gördüyü işlər bir daha təsdiq edir.
Dövlət
başçısının Azərbaycan gəncliyinə
göstərdiyi qayğı ölkəmizi işıqlı
sabaha aparır. Bu qayğı bizə yaşamaq eşqi,
qurub-yaratmaq həvəsi verir.
15 oktyabr 2008-ci il tarixində ölkəmizdə keçirilən
prezident seçkilərində biz, Qarabağ
döyüşçüləri, Ağcabədi gəncləri
Ali Baş Komandan cənab İlham Əliyevə böyük
inamla səs verdik. Bu seçimimizlə qürur duyuruq.
Ramil NAĞIYEV,
Ağcabədi rayonu I qrup
Qarabağ müharibəsi əlili
Azərbaycan
.-2008.-28 noyabr.-S.3.