Yardımlıda daha bir məktəb binası istifadəyə verildi

 

Nisəqala Yardımlının ən ucqar dağ kəndidir. Buradakı orta məktəb binası köhnəldiyindən tamamilə yararsız hala düşmüşdü. Cari ilin əvvəllərində kənddə dövlət vəsaiti hesabına yeni məktəb binasının tikintisinə başlanıldı. İnşaatçıların gərgin əməyi nəticəsində təhsil ocağında işlər artıq başa çatdırılmışdır.
Noyabrın 19-da müasir tələblərə cavab verən 2 mərtəbəli məktəb binasının açılışı oldu. Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov kənd sakinləri mərasimdə çıxış edərək bu münasibətlə şagird müəllimləri təbrik etdilər. Onlar eyni zamanda, təhsilə böyük diqqət qayğı göstərdiklərinə görə ölkə başçısına Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər. Qeyd edək ki, 200 şagird yerlik Nisəqala kənd məktəbi cari ildə rayonda istifadəyə verilən üçüncü məktəbdir. Təhsil ocağı yeni avadanlıqlar, inventar kompüter dəstləri ilə təchiz edilmişdir. Burada istilik sistemi quraşdırılmışdır. Görülən işlər qışı sərt keçən dağ kəndində uşaqların dərsə davamiyyətinə, təhsildə mənimsəmə faizinin yüksəlməsinə şərait yaradacaqdır. Cari dərs ilinin əvvəllərində rayonun Odurakəran Jiy kəndlərində istifadəyə verilmiş məktəblər öz qapılarını şagirdlərin üzünə açmışdır.
Hazırda Gavran Honuba-Şıxlar kəndlərində yeni məktəb binaları tikilir. İndi hər iki binada işlər davam etdirilir.
Ümumilikdə, son 4 il ərzində Yardımlıda 45 məktəb binası tikilmiş onların hər biri lazımi avadanlıqlarla təchiz olunmuşdur.

Azərbaycan.-2008.-28 noyabr.-S.3.