AzərTAc Anadolu Agentliyi arasında əlaqələr daha da genişlənəcəkdir

 

Hazırda Azərbaycan Dövlət Teleqraf Agentliyinin sədrlik etdiyi Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA) internet saytının təkmilləşdirilməsi, AzərTAc ilə Anadolu Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə edilməsi məqsədi ilə agentliyin baş direktoru Aslan Aslanov noyabrın 26-dan Ankarada səfərdədir. O, səfərin ilk günü Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məqbərəsini - Anıtqəbiri ziyarət edərək, AzərTAc-ın adından əklil qoymuş, xatirə kitabına ürək sözlərini yazmışdır.

Anadolu Agentliyinin idarə heyətinin sədri baş direktoru Hilmi Bengi ilə görüşdə ətraflı müzakirələr aparılmış, ölkələrimizin əsas informasiya agentliklərinin əlaqələrinin genişləndirilməsi üçün son illər mühüm işlər görüldüyü vurğulanmışdır. Söhbət zamanı TKA-nın internet saytının təkmilləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilmiş, A.Aslanov veb-səhifənin türkdilli ölkələrin siyasi, sosial, iqtisadi mədəni həyatına dair xəbərləri daha geniş coğrafiyaya operativ çatdırmağa imkan verəcəyini söyləmişdir. Bildirilmişdir ki, üzv agentliklərin hər biri saytda materiallarını özü yerləşdirəcəkdir. Saytın ingilis rus versiyaları da olacaqdır. TKA-da sədrlik edən AzərTAc saytla bağlı məsələlərdə kömək göstərəcəkdir.

Hilmi Bengi AzərTAc-ın ev sahibliyi ilə Bakıda TKA Baş Məclisinin, OANA İcraiyyə Komitəsinin iclaslarının yüksək səviyyədə keçirildiyini xatırlatmış, Anadolu Agentliyi ilə AzərTAc arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini bildirmişdir.

H.Bengi daha sonra həmkarını Anadolu Agentliyinin işi ilə tanış etmişdir.

Elə həmin gün AzərTAc-ın baş direktorunu Türkiyə Respublikasının Baş Nazirliyində dövlət naziri Mehmet Aydın qəbul etmişdir. A.Aslanov AzərTAc haqqında məlumat vermiş, Anadolu Agentliyi ilə əməkdaşlıqdan danışmışdır. Görüşdə Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri, Prezident İlham Əliyevin bu sahədəki fəaliyyəti vurğulanmışdır.

Türkiyə Mətbuat-Yayım İnformasiya İdarəsinin baş direktoru Salih Mələk ilə görüşdə isə Azərbaycan Türkiyədə mətbuatın mövcud durumu ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Noyabrın 27-də AzərTAc-ın Anadolu Agentliyinin baş direktorları Kayseridə olmuşlar. H.Bengi həmkarı A.Aslanovu Anadolu Agentliyinin bu bölgədəki müdirliyinin işi ilə tanış etmişdir.

 

Azərbaycan.-2008.-28 noyabr.-S.4.