Noyabrın 28-də Aşqabadda rəsmi qarşılanma mərasimindən
sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək
görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında
münasibətlərin müxtəlif
sahələrdə inkişafından
məmnunluq ifadə olundu, əlaqələrin
daha da genişlənəcəyinə
əminlik vurğulandı. Bildirildi ki,
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi
səfəri ikitərəfli
münasibətlərin daha
da möhkəmlənməsinə
xidmət edəcəkdir.
Dövlət başçıları ikitərəfli və qarşılıqlı maraq
doğuran digər məsələlərə dair
fikir mübadiləsi apardılar.
AzərTAc
Azərbaycan.-2008.-29 noyabr.-S.1.