Noyabrın
28-də Aşqabadda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi
olmuşdur.
Azərbaycanın və Türkmənistanın
dövlət bayraqları
ilə bəzədilmiş
meydanda dövlətimizin
başçısının şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Türkmənistan Prezidenti
Qurbanqulu Berdiməhəmmədov
Azərbaycan Prezidenti İlham Əliyevi böyük hörmət və ehtiramla qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə
raport verdi.
Azərbaycanın və
Türkmənistanın dövlət
himnləri səsləndi.
Prezidentlər fəxri
qarovul dəstəsinin
qarşısından keçdilər.
Azərbaycan Prezidenti İlham
Əliyev Türkmənistan
əsgərlərini salamladı.
Türkmənistanın rəsmi
şəxsləri, xarici
ölkələrin Aşqabadda
akkreditə olunmuş
səfirləri və
diplomatik nümayəndəliklərinin
rəhbərləri Azərbaycan
Prezidenti İlham Əliyevə, Azərbaycan
nümayəndə heyətinin
üzvləri isə Türkmənistan Prezidenti
Qurbanqulu Berdiməhəmmədova
təqdim edildi.
Rəsmi qarşılanma
mərasimindən sonra
prezidentlər rəsmi
foto çəkdirdilər.
AzərTAc
Azərbaycan.-2008.-29
noyabr.-S.1.