Dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 28-də Aşqabadda ikitərəfli sənədlərin imzalanması mərasimi başa çatandan sonra Azərbaycan Türkmənistan prezidentləri mətbuat üçün bəyanatlarla çıxış etmişlər.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov dəvəti qəbul edərək, Aşqabada rəsmi səfər etdiyinə görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə təşəkkürünü bildirdi. O dedi ki, çox yaxşı danışıqlar aparılmış, ikitərəfli münasibətlərin bütün cəhətləri, regional sabitlik təhlükəsizlik məsələləri, müasir dövrün terrorizm, ekstremizm, separatizm, mütəşəkkil cinayətkarlıq narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi bəlaları ilə mübarizədə səylərin birləşdirilməsi məsələləri müzakirə olunmuşdur.
Qurbanqulu Berdiməhəmmədov tranzit boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması barədə Türkmənistanın beynəlxalq təşkilatlarda irəli sürdüyü təşəbbüsün Azərbaycan Prezidenti tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdi. O, xüsusi vurğuladı ki, zəngin neft qaz yataqları olan Azərbaycan Türkmənistan regionda enerji siyasəti məsələlərinə eyni mövqedən yanaşır. Türkmənistan dövlətinin başçısı dedi ki, "biz "açıq qapı" siyasətinə karbohidrogen ehtiyatlarımızın nəqlinin şaxələndirilməsinə tərəfdarıq". O, Xəzər dənizi ilə bağlı məsələyə toxunaraq bildirdi ki, ölkələrimizin yekdil fikrincə, Xəzər sülh sabitlik dənizi olmalıdır.
Prezident Qurbanqulu Berdiməhəmmədov razılıqla vurğuladı ki, bu ilin ötən on ayı ərzində Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsinin həcmi 8 dəfə artmışdır. O, iki ölkənin nəqliyyat, mədəni-humanitar sahələrdə əməkdaşlığının möhkəmlənməsinə tərəfdar olduğunu söylədi.
Azərbaycan Prezidenti İlham Əliyev ona nümayəndə heyətinin üzvlərinə Türkmənistanda göstərilən qonaqpərvərliyə səmimi qəbula görə təşəkkür etdi. Azərbaycan dövlətinin başçısı dedi ki, "biz bu səfərə ümumən ölkələrimiz arasında münasibətlərə çox böyük əhəmiyyət veririk". İkitərəfli münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirən Azərbaycan Prezidenti vurğuladı ki, iki ölkənin siyasi rəhbərliyi səviyyəsində qəbul edilən bütün qərarlar müvafiq strukturlara verilən tapşırıqlar qarşılıqlı anlaşma qardaşlıq ruhunda operativ yerinə yetirilir.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Türkmənistan arasındakı münasibətlərin təkcə bu ölkələr üçün deyil, həm bütün Mərkəzi Asiya, Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyəti vardır. O vurğuladı ki, Xəzəryanı iki ölkə nəinki özlərinin enerji təhlükəsizliyini təmin edir, həm başqa ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır bu rol gələcəkdə artacaqdır. Dövlətimizin başçısı dedi: "İki müstəqil dövlət kimi biz öz enerji potensialımızı tamamilə reallaşdırmışıq. Həyata keçirdiyimiz sərmayələr layihələr xalqlarımızın xoşbəxt gələcəyini təmin edir hələ bir çox onilliklər ərzində təmin edəcəkdir".
Prezident İlham Əliyev Xəzər dənizi regionunda nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu da vurğuladı. O bildirdi ki, tikilməkdə olan Azərbaycanı Türkiyə Avropa ilə, habelə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu yeni İpək yoludur. Dövlətimizin başçısı iki ildən sonra bu marşrutdan regionun bütün ölkələrinin istifadə edəcəyinə ümidvar olduğunu söylədi. O, həmçinin əminliyini bildirdi ki, Azərbaycan Türkmənistan prezidentlərinin danışıqlarında nəzərdə tutulan bütün məsələlər uğurla həyata keçiriləcəkdir.

 

Azərbaycan .-2008.-29 noyabr.-S.2.