Prezident İlham Əliyev Saparmurad Türkmənbaşının məqbərəsini və məscidi ziyarət etmişdir
Noyabrın 28-də Azərbaycan
Prezidenti İlham Əliyev Türkmənistanın birinci
Prezidenti Saparmurad Türkmənbaşının və ailə
üzvlərinin uyuduğu məqbərəni ziyarət etmək
üçün Axal vilayətinin Qıpçaq obasına gəlmişdir.
Azərbaycanın dövlət başçısını
Türkmənistanın Dini İşlər üzrə
Şurasının sədri, Axal vilayətinin hakimi ehtiramla qarşıladılar.
Prezident İlham Əliyevin şərəfinə burada
fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev məqbərəni
ziyarət etdi.
Azərbaycanın dövlət başçısının
adından məqbərəyə əklil qoyuldu.
Azərbaycan Prezidentinə
məlumat verildi ki, məqbərədə
Saparmurad Türkmənbaşı, valideynləri və iki
qardaşı dəfn olunmuşlar. Türkmənbaşının
atası İkinci Dünya müharibəsində həlak
olmuşdur. Anası və iki qardaşı isə 1948-ci ildə
Aşqabadda baş vermiş güclü zəlzələ
zamanı həlak olmuşlar.
Türkmənbaşının və ailə üzvlərinin ruhuna dua oxundu.
Sonra Prezident İlham Əliyev
yaxınlıqdakı "Türkmənbaşının
ruhu" məscidi ilə
Məqbərə və məscid fəvvarələrlə əhatə
edilmişdir.
Burada su təmizlik və paklıq rəmzi kimi nəzərdə
tutulmuşdur. Mərkəzi Asiyada ən
böyük gümbəzi olan bu məscidin hər biri 91 metr
hündürlüyündə dörd minarəsi vardır.
Məscidin inşası 2004-cü ildə
tamamlanmışdır. İnşaat
işlərini Fransa şirkəti həyata
keçirmişdir.
Azərbaycanın dövlət başçısı məscidlə
AzərTAc
Azərbaycan.-2008.-29 noyabr.-S.2.