Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Məclisinin Sədri Akca Nurberdiyeva ilə görüşü
Noyabrın 28-də Azərbaycan
Prezidenti İlham Əliyev Türkmənistan Məclisinə gəlmişdir.
Burada Azərbaycan Prezidentini
Türkmənistan Məclisinin Sədri xanım Akca Nurberdiyeva
səmimiyyətlə qarşıladı.
Dövlətimizin başçısı
əvvəlcə parlamentin iclas salonu ilə
Sonra Türkmənistan Məclisinin
Sədri ilə görüş keçirildi. Görüşdə
Azərbaycan-Türkmənistan əlaqələrinin
bütün sahələrdə inkişaf etdiyi
vurğulandı və bildirildi ki, Azərbaycan Prezidentinin
Türkmənistana rəsmi səfəri ikitərəfli əlaqələrin
genişlənməsi baxımından çox böyük əhəmiyyət
daşıyır.
Görüşdə parlamentlərarası əlaqələrin
vacibliyindən də söhbət getdi və bu sahədə əməkdaşlığın
daha da genişlənəcəyinə əminlik ifadə
olundu. Xalqlarımızın ümumi tarixi və mədəni
köklərinin qarşılıqlı əlaqələrin daha
da inkişafına töhfə verdiyi vurğulandı.
Azərbaycan Prezidentinə Türkmənistan
Məclisinin fəaliyyəti barədə məlumat verildi.
AzərTAc
Azərbaycan.-2008.-29 noyabr.-S.3.