Rumıniyanın Prezidenti zati-aliləri cənab Trayan Beseskuya

 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Birlik Günü münasibətilə Sizə Sizin simanızda bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Azərbaycan-Rumıniya münasibətləri dinamik inkişaf yolundadır. Ölkələrimizin istər ikitərəfli qaydada, istərsə beynəlxalq regional qurumlar, layihələr çərçivəsində əməkdaşlığı məmnunluq doğurur. Əminəm ki, dost xalqlarımızın mənafeləri naminə işbirlyimizin daha da dərinləşdirilməsi üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına sülh firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 noyabr 2008-ci il

 

Azərbaycan.-2008.-30 noyabr.-S.1.