Tahir Salahovun şərəfinə rəsmi qəbul

 

AzərTAc xəbər verir ki, noyabrın 29-da "Gülüstan" sarayında böyük Azərbaycan rəssamı Tahir Salahovun 80 illik yubileyi şərəfinə rəsmi qəbul təşkil olunmuşdur. Məşhur fırça ustasını həm yubileyi, həm Azərbaycanın ali mükafatı - "Heydər Əliyev" ordeni ilə təltif olunması münasibətilə təbrik etməyə Prezidentin İcra Aparatının rəhbəri akademik Ramiz Mehdiyev digər rəsmi şəxslər, deputatlar, respublikanın mədəniyyət və elm xadimləri, yubilyarın dostları gəlmişdilər.

Xüsusi olaraq xaricdən gəlmiş çoxlu qonaqlar, o cümlədən dünya şöhrətli modelyer Pyer Karden, Fransa Rəssamlıq Akademiyasının prezidenti başqaları da vardı.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27- "Heydər Əliyev" ordenini Tahir Salahova təqdim edərkən demişdir ki, görkəmli müasirimizin yaradıcılığı bütün dünyanı sevindirir. Dövlətimizin başçısı vurğulamışdır ki, Salahov dünyamiqyaslı rəssamdır onun əsərləri planetin ən məşhur muzeylərində nümayiş etdirilir. Ən sevindirici hal odur ki, Salahovun əsərlərinin böyük əksəriyyəti Azərbaycana həsr olunmuşdur.

Dünya şöhrətli rəssam çox mükafatlar almışdır. Ən ali sovet ordenlərinə, Sosialist Əməyi Qəhrəmanı adına, Rusiyanın 2-ci 3-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninə, Müstəqil Azərbaycanın "İstiqlal" ordeninə, bir sıra digər ölkələrin ali mükafatlarına layiq görülmüşdür. Lakin Tahir Salahov bu yubiley günlərində təltif olunduğu ən ali mükafatı, onun üçün son dərəcə qiymətli olan "Heydər Əliyev" ordenini çox kövrək hisslərlə dərin minnətdarlıqla qəbul etmişdir.

"Gülüstan" sarayına gələn qonaqlar birinci mərtəbənin foyesində yubilyarın əsərlərinin sərgisi ilə maraqla tanış olmuşlar.

Rəsmi qəbulda yubilyarın şərəfinə çoxlu xoş sözlər deyilmiş, arzular səslənmişdir. Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov demişdir ki, bu gün ölkəmizin həyatında tarixi bir gündür. Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun yubileyi yüksək səviyyədə qeyd edilir. Azərbaycan Prezident İlham Əliyev yubilyarın yaradıcılığını yüksək qiymətləndirmiş, onu ölkəmizin ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif etmişdir. Bu, yalnız görkəmli rəssamın yaradıcılığına deyil, eyni zamanda, dövlət başçısının Azərbaycan mədəniyyətinə, mədəniyyət xadimlərinə böyük qayğı diqqətinin bariz nümunəsidir.

Fərhad Xəlilov yubilyara Azərbaycan Rəssamlar İttifaqının "Qızıl medal"ını yadigar olaraq görkəmli fırça ustasının öz əsərini - onun 1985-ci ildə çəkdiyi "Payız çimərliyi" tablosunu təqdim etmişdir.

Baş nazirin müavini Elçin Əfəndiyev görkəmli rəssamı təbrik edərək bildirmişdir ki, Tahir Salahovun əsərləri Azərbaycan torpağını, xalqını, onun sadə zəhmət adamlarını, tanınmış ictimai-siyasi, mədəniyyət incəsənət xadimlərini tərənnüm etmişdir. Onların xarakterini böyük məharətlə yaradaraq bütün dünyaya tanıtmışdır.

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunun rektoru Anatoli Biçukov, "Rusiya İctimai-Siyasi Mərkəzi" Fondunun prezidenti Aleksandr Muzıkantski, İstanbul Memar Sinan Universitetinin prorektoru Süleyman Aydan Belen başqaları illər ötdükcə Salahov sənətinin dəyərinin daha da artdığını, yeni məna kəsb etdiyini, əsərlərinə marağın çoxaldığını vurğulamış, rəssama hələ uzun illər dünyanı misilsiz, təkrarolunmaz əsərləri ilə sevindirməyi, Vətəni Azərbaycanı zirvələrə yüksəltməyi, bir sözlə, həyat yollarında zəfər yürüşünü davam etdirməyi arzulamışlar.

SSRİ-nin, Azərbaycanın Rusiyanın xalq rəssamı, SSRİ-nin, Azərbaycanın Rusiyanın dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olan Tahir Salahov son dərəcə təvazökar insan kimi tanınır. Elə yubiley gecəsində ustad ünvanına səslənən tərifləri sanki utancaqlıqla dinləyirdi. Halbuki bu sözlər səmimi deyilmişdi ölkəmizin mədəniyyətini dünyada layiqincə təmsil edən, Azərbaycan rəssamlıq məktəbinin nailiyyətlərini təbliğ edən soydaşımızın nadir istedadının etirafı idi.

 

Sonda yubilyar təbriklərə səmimi arzulara görə qəbula toplaşanlara təşəkkürünü bildirmişdir.

 

 

Azərbaycan.-2008.- 30 noyabr.-S.2.