Tahir Salahov: "Mən xalqımın, dostlarımın, Prezidentimizin hərarətli münasibətini hiss edirəm"

 

 

AzərTAc xəbər verir ki, tanınmış fırça ustası, SSRİ-nin Azərbaycanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun 80 illik yubileyi münasibətilə noyabrın 29-da onun Bakıdakı ev-emalatxanasında tədbir keçirilmişdir.

Dünyanın hər yerindən çoxsaylı qonaqlar, Tahir Salahov istedadının pərəstişkarları, o cümlədən dünya şöhrətli moda ustası Pyer Karden, Fransa İncəsənət Akademiyasının prezidenti Arno de Trive, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi Mehmet Özəl başqaları bu tədbirə gəlmişdilər.

Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycan hökuməti adından yubilyarı səmimi təbrik edərək vurğulamışdır ki, bu böyük sənətkarın yaradıcılığı Azərbaycan Rusiya üçün müstəsna əhəmiyyətə malik olmaqla bərabər, dünya mədəni irsində öz layiqli yerini tutmuşdur. Elçin Əfəndiyev AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində demişdir: "Tahir Salahov əsərlərində həm özünün daxili aləmini, həm öz xalqının ruhunu - onun bütün amallarını, hisslərini duyğularını, bu xalqın xarakterini əks etdirir. Digər tərəfdən, onun yaradıcılığı sırf milli çərçivəni aşmışdır. Bunu həm onun əsərləri, həm bu böyük sənətkarı şanlı yubileyi münasibətilə təbrik etmək üçün bu gün buraya gəlmiş əcnəbi qonaqların sayı təsdiq edir.

Tahir Salahov Azərbaycanın zəngin mədəniyyətini bütün dünyaya təqdim etməklə onu ümumbəşəri mədəniyyətin yüksək nümunələri səviyyəsinə qaldırmağa nail olmuşdur".

Zurab Sereteli isə demişdir: "Tahir Salahov öz sənəti ilə bizi həmişə sevindirir. Onun emalatxanasına, çəkdiyi rəsmlərə, palitrasına ətrafındakı insanlara, onun bir anda işıq saçan gözlərinə baxanda həmişə heyranlıq hissləri keçirirsən, düşünürsən ki, bütün bunlar necə gözəldir".

Zurab Sereteli Tahir Salahovun Rusiya Rəssamlıq Akademiyasının rəhbərlərindən biri kimi səmərəli işini vurğulamışdır.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, bu ilin sonunda gələn ilin əvvəlində Moskvadakı Tretyakov qalereyasında, daha sonra Belarusda bəzi başqa dövlətlərdə dünya şöhrətli azərbaycanlı rəssamın işlərindən ibarət sərgilərin keçirilməsi nəzərdə tutulur. Bu sərgilər başa çatandan sonra rəssamın işləri Bakıya qaytarılacaq o vaxta qədər bərpa işləri tamamlanacaq, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində burada ustad sənətkarın fərdi sərgisi açılacaqdır.

Türkiyə Baş Qərargahının nümayəndəsi Mehmet Özəl Baş Qərargah adından yubilyara təşəkkürünü bildirmiş, Ankarada Atatürk Muzeyinin yaradılmasına Tahir Salahovun xüsusi töhfəsini vurğulamışdır.

Tahir Salahov özü isə bu günlərdə keçirdiyi hissləri belə ifadə etmişdir: "Öz xalqının, dostlarının, Prezidentin hərarətli münasibətini hiss etmək çox xoşdur. Mən özümü heç vaxt indiki qədər xoşbəxt hiss etməmişəm".

 

Azərbaycan.-2008.-30 noyabr.-S.2.