Heydər Əliyev Fondu ilə tanışlıq qonaqlarda
zəngin təəssürat
yaratmışdır
AzərTAc xəbər
verir ki, görkəmli Azərbaycan
rəssamı, Sosialist
Əməyi Qəhrəmanı,
SSRİ və Azərbaycan
dövlət mükafatları
laureatı, SSRİ xalq
rəssamı Tahir Salahovun yubileyində iştirak etmək üçün Bakıya
gəlmiş xarici qonaqlar noyabrın 29-da Heydər Əliyev Fondunda olmuşlar.
Qonaqlara ümummilli
lider Heydər Əliyevin xatirəsinə
ehtiram əlaməti olaraq yaradılmış fondun məqsədləri barədə ətraflı
məlumat verildi. Onlar
ulu öndərin şəxsi arxivindən
götürülmüş və onun fəaliyyətinin
ayrı-ayrı dövrlərini əhatə edən
eksponatlara, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının
ən müxtəlif məqamlarını əks etdirən və
tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür
yaradan sənədlərə maraqla tamaşa etdilər.
Görkəmli siyasi xadim Heydər
Əliyevin genişmiqyaslı fəaliyyətini əks etdirən
fotosənədlərə xüsusi maraq göstərən
qonaqlara məlumat verildi ki, ümummilli lider Azərbaycana rəhbərliyinin
bütün dövrlərində beynəlxalq əlaqələrin
inkişafına böyük diqqət və qayğı
göstərmişdir.
Bildirildi ki, fondun əsas məqsədləri
ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənmək
və təbliğ etməkdən, Azərbaycanın
sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş
genişmiqyaslı fəaliyyəti barədə gələcək
nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür
yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin
geniş təbliği ilə əlaqədar aparılan işlərə
kömək göstərməkdən ibarətdir. Bundan əlavə,
fond bir çox sahələrdə genişmiqyaslı layihələr
həyata keçirir, görkəmli siyasi xadimin
arzularının reallaşmasına öz töhfəsini
verir.
Qonaqlar fondun xatirə
kitabına ürək sözlərini yazdılar. Onlara fondun hədiyyələri
verildi.
Azərbaycan.-2008.-30 noyabr.-S.2.