Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti
zati-aliləri cənab Əbdüləziz
Buteflikaya
Hörmətli cənab Prezident!
Milli bayramınız
- İnqilab Günü
münasibətilə Sizi
və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Əlcəzair
münasibətlərinin hərtərəfli
inkişafı, dostluq
və əməkdaşlığımızın
möhkəmləndirilməsi yolunda səylərimiz bundan sonra da
xalqlarımızın rifahına
xidmət edəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Əlcəzair xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 oktyabr
2009-cu il
Azərbaycan.- 2009.- 1 noyabr.- S. 1.