2009-cu il iyulun 24-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Çexiya Respublikasının Maliyyə Nazirliyi arasında məkdaşlıq haqqında Memorandum"un təsdiq edilməsi barədə

 

1. 2009-cu il iyulun 24-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Çexiya Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 1 noyabr.- S. 2.