"Avtomobil yolları
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanına əlavə
edilməsi haqqında
1. "Avtomobil yolları haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000-ci il, ¹
3, I kitab, maddə 166;
2004-cü il, ¹ 12, maddə
1005) aşağıdakı məzmunda 3-cü bənd
əlavə edilsin:
"3. Avtomobil
yollarında yol göstəricilərinin yerləşdirilməsi
qaydaları Azərbaycan
Respublikasının Nazirlər
Kabineti tərəfindən
təsdiq edilir.".
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, üç ay müddətində avtomobil yollarında yol göstəricilərinin
yerləşdirilməsi qaydalarını
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 1 noyabr.- S. 2.