Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında"
Azərbaycan Respublikasının
Qanununa dəyişikliklər
və əlavələr
edilməsi barədə"
Azərbaycan Respublikasının
2008-ci il 1 aprel tarixli 580-IIIQD nömrəli
Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr
və dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının 2008-ci il
28 oktyabr tarixli
708-IIIQD nömrəli Qanununun
icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 30
avqust tarixli 287 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005-ci il, ¹8, maddə
719) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Müəllif
Hüquqları Agentliyi
haqqında Əsasnamə"nin 8.41-ci bəndində
"kontrafakt" sözü
"pirat" sözü
ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 1 noyabr.- S. 2.