"İxrac məqsədli
neft-qaz fəaliyyətinə
xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan
Respublikası Qanununun
icrasının təmin
edilməsi barədə
"İxrac
məqsədli neft-qaz
fəaliyyətinə xüsusi
iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikası
Qanununun icrasını
təmin etmək məqsədi ilə qərara alıram:
1. Müəyyən
edilsin ki:
1.1. "İxrac məqsədli neft-qaz fəaliyyətinə
xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan
Respublikası Qanununun
1.0.11-ci və 7.1-ci maddələrində,
7.2-ci maddəsinin birinci
və üçüncü
cümlələrində, 7.3-cü,
7.4-cü, 7.6-cı, 7.8.1-ci, 7.8.4-cü,
7.8.10-cu, 7.10-cu, 7.11-ci maddələrində,
7.11.2-ci maddəsinin ikinci
və üçüncü
cümlələrində, 7.11.3-cü maddəsində (hər iki halda), 7.12-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.13-cü maddəsinin birinci və ikinci (birinci halda) cümlələrində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Sənaye
və Energetika Nazirliyi həyata keçirir;
1.2. həmin qanunun 5.2-ci maddəsində
nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Vergilər Nazirliyi həyata keçirir;
1.3. həmin qanunun 6.2-ci maddəsində
nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
1.4. həmin
qanunun 7.11.4-cü maddəsində
və 7.13-cü maddəsinin
ikinci cümləsində
(ikinci halda) nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi
həyata keçirirlər;
1.5. həmin
qanunun 8.1.2-ci maddəsində
nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının
Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi
həyata keçirirlər.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu fərmandan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 1 noyabr.- S. 2.