"Azərbaycan Respublikasının beynəlxalq dövlətlərarası hökumətlərarası müqavilələrinin bağlanması qaydası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 616 nömrəli Fərmanına əlavə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 616 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 764) aşağıdakı məzmunda 6- bənd əlavə edilsin, 6- bənd 7-ci bənd hesab edilsin:

"6. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları beynəlxalq müqavilənin bağlanmasına dair fərqli mövqeyə malik olduqda həmin orqanların əsaslandırılmış mövqeyi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilməlidir.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 1 noyabr.- S. 2.