Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust
tarixli 383 nömrəli Fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında Dövlət Əmlakının
özəlləşdirilməsinin
II Dövlət Proqramı”na əlavə edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000-ci il, ¹8, III kitab, maddə 606; 2001-ci il, ¹10, maddə
640; 2002-ci il, ¹4, II kitab, maddə 189, ¹10, maddə 592;
2003-cü il, ¹10, maddələr 566, 569; 2004-cü il, ¹6, maddə
432; 2005-ci il, ¹5, maddələr 400, 403, 405; 2006-cı il, ¹7,
maddə 590, ¹8, maddə 678, ¹9, maddə 742) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında Dövlət əmlakının
özəlləşdirilməsinin II Dövlət
Proqramı"na aşağıdakı məzmunda 9-1-ci bənd
əlavə edilsin:
"9-1. Özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin, habelə
hüquqi və fiziki şəxslər tərəfindən
inşa edilən müəssisə və obyektlərin istifadəsində
olan dövlətə məxsus torpaqların üzərində
və ya altında ümumi təyinatlı qaz, elektrik, su,
kanalizasiya və digər kommunikasiya xətləri (müəssisə
və obyektin özünə xidmət edənlər istisna
olmaqla) yerləşdikdə, torpaq sahəsinin müvafiq hissəsi
dövlət mülkiyyətində saxlanılır. Qaz,
elektrik, su, kanalizasiya və digər kommunikasiya xətləri
özəlləşdirilmiş müəssisə və
obyektlərin mülkiyyətçiləri tərəfindən
öz vəsaitləri hesabına aidiyyəti icra hakimiyyəti
orqanları ilə razılaşdırmaqla başqa yerə
keçirildikdə, həmin torpaq sahələri qanunvericiliklə
nəzərdə tutulmuş qaydada özəlləşdirilə
bilər.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2009-cu il
Azərbaycan.- 2009.- 1 noyabr.- S. 2.