BDU-nun 90 illik
yubileyi münasibətilə
universitetin müəllimlərinə
yeni mənzillərin açarları təqdim edilmişdir
Oktyabrın 31-də Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyi münasibətilə
universitetin müəllimləri
üçün inşa
olunmuş 16 mərtəbəli,
4 korpusdan ibarət yaşayış kompleksinin
açılış mərasimi
keçirilmişdir.
Yasamal rayonu,
M.Seyidov küçəsi
3138-ci məhəllədə yerləşən "Bakı
universiteti" yaşayış
kompleksinin açılış
mərasimində BDU-nun
rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov
demişdir ki, tikintisinə iki il bundan öncə
başlanılan bu bina 350-dən çox ziyalının ev problemini həll
edəcəkdir. Bakı Universiteti Mənzil Tikinti Kooperativinin sifarişi ilə inşa edilmiş kompleksdə müəllimlərin
rahat yaşayışı
üçün hər
cür şərait yaradılmışdır. Yaxın
vaxtlarda burada uşaq bağçası
və poliklinika da açılacaqdır.
Tədbirdə Baş
nazirin müavini Abid Şərifov, təhsil naziri Misir Mərdanov, Yasamal Rayon İcra
Hakimiyyətinin başçısı
İbrahim Mehdiyev, YAP Yasamal rayon təşkilatının
sədri Fikrət İsmayılov və başqaları çıxış
edərək bütün
mənzil sahiblərini
təbrik etmiş, Prezident İlham Əliyevin elm, təhsil və mədəniyyət
sahəsində çalışan
insanlara göstərdiyi
diqqət və qayğıdan danışmışlar.
Vurğulanmışdır ki, son beş ildə
Azərbaycanda təhsilin
inkişafı istiqamətində
bir çox Dövlət Proqramı təsdiqlənmişdir. Prezident
İlham Əliyevin BDU-nun 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı
müvafiq sərəncama
uyğun olaraq, Azərbaycanda və xarici ölkələrdə
silsilə təbirlər
keçirilmişdir.
Sonra yeni mənzillərin açarları
sahiblərinə təqdim
edilmişdir. Yeni mənzil alanların sırasında BDU-nun müəllimi, AMEA-nın
müxbir üzvü,
92 yaşlı Abdulla Muxtarov da vardır.
Tədbir gənc ifaçıların geniş
konsert proqramı ilə davam etmişdir.
Azərbaycan.- 2009.- 1 noyabr.- S. 3.