Peşə bayramlarını qeyd
etmişlər
Bu münasibətlə
Kənd Təsərrüfatı
Nazirliyi oktyabrın
31-də Hökumət
Evinin iclas zalında tədbir keçirmişdir.
Tədbiri açan nazir İsmət Abasov demişdir ki, ölkəmizdə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu aqrar islahatlar Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu islahatların
həyata keçirilməsinə
və kənd təsərrüfatının inkişafına
aqrar sahə işçiləri də
öz töhfəsini
verir. Aqrar sahənin potensialından tam istifadə etmək və ərzaq təklükəsizliyini
tamamilə aradan qaldırmaq lazımdır.
Qarşıda duran məsələlərdən danışan
nazir demişdir: "Biz elə etməliyik
ki, Azərbaycanı dünyada təkcə neft-qaz ölkəsi kimi yox, həm
də aqrar ölkə kimi tanıdaq. Bunun üçün kifayət
qədər yüksək
keyfiyyətli və ekoloji təmiz məhsullar istehsal edilməlidir".
Peşə bayramları
münasibətilə kənd
təsərrüfatı işçilərinin
fərdi təqaüdlər,
müxtəlif fəxri
adlar və medallarla təltif edilməsini dövlətimizin
başçısının aqrar sahəyə diqqət və qayğısının nümunəsi
kimi qiymətləndirən
İ.Abasov tədbir iştirakçıları
adından Prezident İlham Əliyevə dərin təşəkkürünü
ifadə etmişdir. Nazir peşə bayramları münasibətilə
kənd təsərrüfatı
işçilərini təbrik
etmiş, onlara gələcək işlərində
uğurlar arzulamışdır.
Prezident Administrasiyasının
aqrar siyasət məsələləri şöbəsinin
müdiri Azər Əmiraslanov Prezident İlham Əliyevin kənd təsərrüfatı
işçilərinə fərdi
təqaüdlərin və
fəxri adların verilməsi, onların medallarla təltif olunması ilə əlaqədar oktyabrın
30-da imzaladığı sərəncamları oxumuşdur.
Şöbə müdiri
aqrar sektorun dövlət tərəfindən
məqsədyönlü və
proqramlı şəkildə
idarə olunduğunu,
dövlətin bu sahəyə böyük əhəmiyyət verdiyini
bildirmişdir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov aqrar sahənin inkişafına dair qanunvericilik bazasının
daha da təkmilləşdirilməsi
ilə əlaqədar
son illər bir neçə mühüm qanun qəbul edildiyini diqqətə çatdırmışdır.
O demişdir ki, dünyanı bürüyən
maliyyə böhranından
ölkəmiz Prezident
İlham Əliyevin müdrik və uğurlu siyasəti nəticəsində xilas olmuşdur.
Prezident təqaüdçüləri
Aydın Əsədullayev
və Qara Sarıyev, eləcə də digər təltif olunanlar çıxış edərək,
dövlətimizin başçısına
onlara göstərilən
diqqət və qayğıya görə öz minnətdarlıqlarını
bildirmişlər.
Azərbaycan.- 2009.- 1 noyabr.- S. 3.