Bakı Dövlət
Universiteti bütün
illər ərzində
Azərbaycanda təhsil
sahəsində öz
aparıcı rolunu qoruyub saxlamışdır
Noyabrın 2-də Bakı Dövlət Universitetinin (BDU) 90 illik yubileyinə həsr olunmuş təntənəli
mərasim keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmək üçün universitetə gəldilər.
Dövlətimizin başçısını
və xanımını
binanın önündə
BDU-nun rektoru Abel Məhərrəmov qarşıladı. Mehriban
xanım Əliyevaya gül dəstəsi təqdim olundu.
Salona toplaşanlar
dövlətimizin başçısını
və xanımını
hərarətli alqışlarla
qarşıladılar.
Əvvəlcə BDU-nun tələbə xorunun ifasında universitetin himni oxundu.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış
etdi.
Azərbaycan.- 2009.- 3 noyabr.- S. 1