Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Quru Qoşunları Komandanı İşık
Koşanerin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyənin Quru Qoşunları Komandanı İşık
Koşanerin başçılıq
etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı
Azərbaycan-Türkiyə
münasibətlərinin bütün
sahələrdə olduğu
kimi, hərbi sahədə də uğurla davam edəcəyinə əminliyini
ifadə etdi. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Türkiyənin
Quru Qoşunları Komandanı İşık
Koşanerin Azərbaycana
səfəri bu sahədə əməkdaşlığımızın
perspektivləri ilə
bağlı məhsuldar
müzakirələr aparılması
baxımından əhəmiyyətli
olacaqdır.
Quru Qoşunları
Komandanı İşık
Koşaner qeyd etdi ki, Türkiyə
və Azərbaycan Silahlı Qüvvələri
arasında əməkdaşlıq
dünyaya nümunə
olacaq səviyyədədir.
İşık Koşaner
bu əlaqələrin
bundan sonra da genişlənəcəyinə
əminliyini ifadə etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 3 noyabr.- S. 2.