Azərbaycan Prezidenti İlham Əliyev Yalta şəhərinin başçısı
Sergey Braykonu qəbul etmişdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 2-də Yalta şəhərinin
başçısı Sergey
Braykonu qəbul etmişdir.
Dövlətimizin başçısı
Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlər
çərçivəsində Yalta və Xaçmaz
şəhərlərinin uğurlu
əməkdaşlığından məmnunluğunu ifadə
etdi. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, qonağın
ölkəmizə səfəri
bu əlaqələrin
daha da inkişaf
etdirilməsi işinə
öz töhfəsini
verəcəkdir.
Yalta şəhərinin
başçısı Sergey
Brayko ölkəmizdə
olduğu müddətdə
Bakıda və Xaçmazda çox böyük inkişaf proseslərinin getdiyinin, geniş abadlıq və quruculuq tədbirlərinin həyata
keçirildiyinin şahidi
olduğunu vurğuladı.
AzərTAc
Azərbaycan.- 2009.- 3 noyabr.- S. 2.